Koronavirusun ağır formasından qoruyan vitamin
Alimlər orqanizmi koronavirusun ağır formasından qorumağın yolunu müəyyən ediblər.

Gent.az xəbər verir ki, C vitamininin venadaxili yeridilməsi orqanizmin xəstəliyə qarşı mübarizəsinə müsbət təsir göstərir.
Mütəxəssislər belə qənaətə gəliblər ki, C vitamini koronavirusun sağalma nisbətini plasebo ilə müqayisədə 70 faiz artırır.
Tədqiqatın müəlliflərindən biri, Yeni Zelandiyanın Otaqo Universitetindən Anitra Karrın aydınlaşdırdığı kimi, C vitamini qəbul edən xəstələrdə qanda oksigenin səviyyəsi artıb və iltihabın markerləri azalıb.
O, effektiv dozanı da açıqlayıb: venadaxili 6 qramdan 24 qrama qədər. (Lent.az)







