Xəbər verdiyimiz kimi, ötən gün xalq artisti Röya Ayxan koronavirusa qarşı peyvənd olunub. Müğənninin öz instaqram hesabına yerləşdirdiyi görüntülərdən aydın olur ki, vaksinasiya prosesi özəl klinikalardan birində baş tutub, ona könüllü olaraq "Sinovac” vaksini vurulub.
Səhiyyə Nazirliyi isə bildirilib ki, əhali peyvənd üçün özəl klinikalara müraciət edə bilməz, hazırda vaksinasiya yalnız dövlət poliklinikalarında həyata keçirilir.
Bəs müğənni Röya Ayxanın necə peyvənd olunub?
Nazirlikdən verilən məumata görə, ifaçı fotosunu paylaşdığı özəl tibb müəssisəsinin sadəcə bir işçisi kimi peyvənd olunub:
"Özəl tibb müəssisəsi Səhiyyə Nazirliyinə öz işçilərinin sayını təqdim edir və həmin say əsasında tibb işçilərinin peyvəndlənməsi üçün tibb müəssisəsinə peyvənd təqdim olunur. Əgər hər hansı bir tibb müəssisəsi bu peyvəndi kənar bir şəxsə vurarsa və ya satarsa buna görə müəyyən məsuliyyət nəzərdə tutulub. Bu işə nəzarət edən qurumlardan biri də Səhiyyə Nazirliyidir. Sözügedən məsələ ilə bağlı özəl tibb müəssisəsinin rəhbəri Barat Yusubov Səhiyyə Nazirliyinə bildirib ki, Röya xanım artıq 1 ildən artıqdır ki, həmin tibb müəssisəsində PR menecer vəzifəsində çalışır. Vergilər xidmətinin portalında da qeydiyyatdan keçib. Onların rəsmi ştatda olan işçisi kimi peyvəndlənmədən keçib” (qafqazinfo).