Bu ölkədə yaşlı insanlara koronavirusa qarşı peyvənd vurulması qadağan edildi

İspaniya Səhiyyə Nazirliyi Oxford Universiteti və “AstraZeneca” tərəfindən birgə hazırlanan koronavirusa qarşı peyvəndin yalnız 18-55 yaş qrupu üçün istifadəsinə icazə verilib.
Bu barədə “El Pais” qəzeti məlumat dərc edib.
Qeyd edək ki, peyvəndlərin ilk dozalarının həftəsonu İspaniyaya gəlməsi gözlənilir.
İspaniyada peyvənd kampaniyası keçən il dekabrın 27-dən başlayıb.
İndiyə qədər ölkədə “Pfizer”-“BioNTech” və “Moderna” peyvəndlərdən istifadə olunurdu.
Xatırladaq ki, İspaniyada hazırda 2.94 milyondan çox təsdiqlənmiş virusa yoluxma hadisəsi qeydə alınıb. 61,3 min insan pandemiyanın qurbanı olub.






