Bill Qeytsdən koronavirusla bağlı daha bir açıqlama
"Microsoft"un yaradıcısı, milyarder Bill Qeyts koronavirus pandemiyasının sona çatdığı vaxtı açıqlayıb.

Bu barədə B.Qeyts öz "Twitter" səhifəsində yazıb.
Gent.az xəbər verir ki, onun fikrincə, koronavirus pandemiyası 2022-ci ildə sona çata bilər, baxmayaraq ki, indi dünyanın bəlkə də ən çətin hissəsini "omikron" ştammının ortaya çıxması ilə yaşayır.
B.Qeyts bildirib ki, tarixdə heç bir virus "omikron" qədər sürətlə yayılmayıb.(trend.az)







