"Omicron" ştammı insanın beyninə necə təsir edir?

Bir müddət əvvəl məlum olub ki, koronavirusun "Omicron" mutasiyasına yoluxma, ilk növbədə, "başda dumanlanma" yaradır.

COVID-191 dəq oxu
"Omicron" ştammı insanın beyninə necə təsir edir?

Həmçinin məlum olub ki, xəstəliyin yeni versiyasının əsas əlaməti yaddaşa mənfi təsir göstərir, ümumiyyətlə, düşüncə proseslərinin dəyişməsinə gətirib çıxarır.

Gent.az xəbər verir ki, digər ştamların yaratdığı xəstəlikdən fərqli olaraq, "Omicron"un əsas əlaməti infeksiyadan sonra özünü hiss etdirir.

Əvvəllər "beyin" dumanlanması daha tez-tez postcovid sindrom adlanan əvvəlki bir xəstəliyin nəticəsi olaraq ortaya çıxıb.

Koronavirusun yeni mutasiyasına yoluxma zamanı baş verən fenomeni araşdıran alimlər belə qənaətə gəliblər ki, "Omicron" tənəffüs sisteminin, qan dövranının pozulmasına qadirdir.

"Omicron" aydın düşünmə qabiliyyətini dəyişdirməklə yanaşı, xəstələrin yaddaş vəziyyətinə də mənfi təsir göstərir.

Banqor Universitetinin əməkdaşları araşdırma apardıqdan sonra bildiriblər ki, xəstələr ən sadə gündəlik sualdan "stupor"a (tibbdə, xüsusilə psixatriyada hərəki pozğunluğun bir növü) düşə bilirlər.

Xüsusən də xəstələrə çay və ya qəhvə arasında seçim etmələri istənildikdə belə hallar müşahidə edilib.

Bəzi hallarda həm qısamüddətli, həm də uzunmüddətli yaddaşla bağlı problemlər də yaranır.(lent.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan