Koronavirusun daha bir ştammı ortaya çıxdı
Ümumdünya Səhiyyə Təşkilatı dünyada koronavirusun yeni hibrid "deltakron” ştammının aşkarlandığını bildirib.

Yeni ştamm Avropada aşkarlanıb.
Gent.az xəbər verir ki, ÜST-ün rəsmisi Mariya Van Kerkxovenin dediyinə görə, Hollandiya, Belçika və Fransada koronavirusun bu ştammına yoluxan insanlar var.
Van Kerxovenin sözlərinə görə, koronavirusun yeni ştammı koronavirusun ən çox yayılmış iki alt növünü - "delta" AY.4 və "omikron" BA.1/BA.2 ştammlarını birləşdirərək yaranıb.







