COVID-19 dərmanı “Qamcovimab” bu tarixdə qeydiyyata alına bilər

Monoklonal anticisimlərə əsaslanan antikoronavirus preparatı “Qamcovimab” sınaqların birinci mərhələsinin nəticələrinə əsasən, qeydiyyat üçün təsdiqlənərsə, bu ilin iyununda qeydiyyata alına bilər.
Bizim.Media xəbər verir ki, bu barədə TASS-a Qamaleya mərkəzinin direktoru Aleksandr Gintsburg məlumat verib.
“Məsələ ondadır ki, müvəqqəti qeydiyyat necə alınacaq? Birinci mərhələdə - əks təsirlərin olmaması əsasında, yoxsa ikinci mərhələnin nəticələrinə əsasən? Müəyyən ediləcək. Ümid edirəm ki, birinci mərhələnin nəticələrinə görə olar. O zaman bu, 2,5 ay çəkəcək” – deyə Gintsburg qeyd edib.
Onun sözlərinə görə, bu həftə kliniki sınaqlar çərçivəsində preparatın könüllülərə verilməsinə başlanılması planlaşdırılır.






