Azərbaycanda 13 iyula olan yoluxma sayı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 91 yeni yoluxma faktı qeydə alınıb.

COVID-191 dəq oxu
Azərbaycanda 13 iyula olan yoluxma sayı

66 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gent.az-a verilən məlumata görə, ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 918 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 769 nəfər müalicə olunaraq sağalıb, 9 719 nəfər vəfat edib, aktiv xəstə sayı 430 nəfərdir.

Ölkədə son sutka ərzində 1 878, hazırkı dövrədək isə 6 991 514 test aparılıb.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan