23 iyula olan yoluxma sayı
Azərbaycanda koronavirusa 309 yeni yoluxma qeydə alınıb.

145 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Gent.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
Ölkədə indiyədək 796 141 nəfər koronavirusa yoluxub. Onlardan 784 653 nəfər müalicə olunaraq sağalıb, 9 735 nəfər vəfat edib, aktiv xəstə sayı 1 753 nəfərdir.
Ölkədə son sutka ərzində 3026, hazırkı dövrədək isə 7 021 193 test aparılıb.







