Azərbaycanda 24 iyula olan yoluxma sayı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 333 yeni yoluxma faktı qeydə alınıb.

187 nəfər müalicə olunaraq sağalıb.
Gent.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.







