28 avqusta olan yoluxma sayı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 557 yeni yoluxma faktı qeydə alınıb.

COVID-191 dəq oxu
28 avqusta olan yoluxma sayı

576 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gent.az-averilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 812 116 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 798 719 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 592 aktiv xəstə var. Bu günə qədər 9 805 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 320, bu günə qədər isə ümumilikdə 7 145 345 test icra olunub.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan