14 fevrala olan koronavirus statistikası açıqlandı

COVID-191 dəq oxu
14 fevrala olan koronavirus statistikası açıqlandı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 128 yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Gent.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 232 123 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 654 nəfər müalicə olunaraq sağalıb, 3 180 nəfər vəfat edib. Hazırda 2 289 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 647, bu günə qədər isə ümumilikdə 2 501 845 test icra olunub.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan