Vaksin virusun yeni ştammlarına qarşı da təsir göstəri

COVID-191 dəq oxu
Vaksin virusun yeni ştammlarına qarşı da təsir göstəri

COVİD-19 əleyhinə hazırda tətbiq olunan vaksin virusun yeni ştammlarına qarşı da təsir göstərir.

Gent.az xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, xəstəliyi keçirib sağalan şəxslərdə qazanılan immunitet virusun yeni ştammına qarşı da effektivdir.

N.Mustafayeva qeyd edib ki, viruslarda mutasiyalar daimi olaraq baş verir. Sadəcə, onların bəziləri əhəmiyyətsiz olur:

"Son 1 ildə COVİD-19 virusunda yüzlərlə mutasiya baş verib. Son 3 mutasiya isə daha çox əhəmiyyət kəsb etdi. Çünki virusa daha sürətli yoluxduruculuq qabiliyyəti qazandırdı".

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan