- Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb.
- Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən sağalan və vəfat edən olmayıb.
- Azərbaycanda indiyədək ümumilikdə 831 896 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 599 nəfər müalicə olunaraq sağalıb, 10 281 nəfər vəfat edib, aktiv xəstə sayı 16 nəfərdir. Ölkədə son sutka ərzində 346, hazırkı dövrədək isə 7 637 355 test aparılıb.
- Həmçinin son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.
- Vurulan vaksinlərin ümumi sayı 13 966 395, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 813, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 028, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 288, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 266 nəfər təşkil edir.