“AskMen”saytının müxbiri 75 qadın arasında sorğu apararaq onların kişilərin hansı əzələlərinə üstünlük verdiyini öyrənib.
Sizə sorğunun cavablarını təqdim edirik:
1.Bel
Bu sorğuda ilk yeri bel qazanıb. Onun haqqında danışan qadınlar güc və dözümlülüyü yada salırlar. Amma, həqiqətdə isə pnlar cəlb edən V-vari siluetdir. Bu cür belin sahibi zərif cins arasında böyük rəğbətə malik ola bilər.
2. Yançaqlar və baldırlar
Qadınların utancaqlığı olmasa idi, əmin olun ki bu əzələlər birinci yerdə olardı. Çünki qadınlar kişilər qədər bu əzələləri seyr etməyi xoşlayır.
Yaraşıqlılıqdan başqa bunun bir müsbət tərəfi də var. Əzələli baldır və yançaq sahibi, seks zamanı onun üzərində olan qadını daha tez orqazma çatdıra bilər.
3. Çiyinlər
Gılişmiş bel kimi, çiyinlər də sizin xarici görünüşünüzü müsbət şəkildə dəyişə bilər. Geniş çiyinlər qadına siqnal verir ki, siz onu rahatlıqla çiyninizə atıb “mağaranıza” apara bilərsiniz.
4. Ayaqlar
Düşünməyin ki, siz ayaqlarınızı şalvarın altında gizlədə bilərsiniz. Peşəkar qadın gözləri bir an içində məşq görmüş ayaqları cücə budundan ayırd edə bilir. İdealda sizin ayaqlarınız elə görsənməlidir ki, elə bil siz rahat şəkildə 100 dəfə oturub dura bilərsiniz və sonra təngənəfəs olmadan 5 kilometr qaça bilərsiniz.
5. Döş qəfəsi
Filmlərdə tez-tez qadınların başlarını kişilərin sinəsinə dayayaraq təsəlli axtardığını görürük. Bu təsadüfi deyil. Qadınlar məhz bu cür kişilərin sinəsinin nə qədər qüvvətli olduğunu yoxlayır. Döş qəfəsiniz məşq görməyibsə eyni qadın ikinci dəfə başını sizin sinəninə qoymaz.
6. Press
Doğrusu, qarın nahiyyəsində altı dənə kubikin olmasının əhəmiyyəti bir az şişirdilib. Qadınlar daha çox qarının alt tərəfinin V formasında olmasına diqqət yetirir.