Kətana həkk olunmuş 5 ən bahalı çılpaq qadın

Fotosessiya3 dəq oxu
Kətana həkk olunmuş 5 ən bahalı çılpaq qadın

Natürmort və mənzərə əlbəttə ki pis deyil, lakin məhz çılpaq qadınların təsvir edildiyi əsərər bizim ruhumuzun estetik tellərinə daha çox təsir edir.

“Uzanan çılpaq”, Amedeo Modilyani, 1917

Kətana həkk olunmuş 5 ən bahalı çılpaq qadın — şəkil 1

Qiyməti – 170 milyon dollar

Amedeo 15 yaşında olanda evlərində işləyən xadimə onun ağlını başından alır. Bundan sonra qadınlar məşhur rəssamın baş ağrısına çevrilir.

Kətana həkk etdiyi 100 çox sevgilisi yoxsul dahini mənəvi gözəlliyinə və naturasının incəliyinə görə sevirdilər. Elə xarici görünüşdən də Modilyani oldquca yaraşıqlı idi.

“Çılpaq qadın, yaşıl yarpaqlar və büst”, Pablo Pikasso, 1932

Kətana həkk olunmuş 5 ən bahalı çılpaq qadın — şəkil 2

Qiyməti – 106 milyon dollar

Bu əsəri Pikasso bir günə (8 mart, 1932) yaradır. Rəsmdə uzun illər rəssamın sevgilisi və ilham pərisi olmuş Mari-Terez Volter təsvir olunub.

Qadınlar onu sevirdilər, Pikasso isə qadınlar haqqında deyirdi: “Mənim üçün iki cür qadın tipi var – ilahələr və ayaqlarımı sildiyim”.

Məlumdur ki, onun sevgililərinin bir çoxu ya dəli olub, ya da özünü öldürüb. Məsələn, elə Mari-Terez Volter dahi rəssamın ölümündən sonra özünü asıb.

“Diana və Akteon”, Tisian, 1556-1559

Kətana həkk olunmuş 5 ən bahalı çılpaq qadın — şəkil 3

Qiyməti – 70 milyon dollar

Bu əsəri Tisian XVI-cı əsrdə İspaniya kralı II-ci Filippin sifarişi ilə yaradıb. Erotik altmətnə baxmayaraq, yaradıcılığının son dönəmində olan rəssam burada çılpaqlığı yox, fəlakəti ifadə etməyə çalışıb: ədalətsiz ilahə onun istirahətini pozan Akteonu amansızcasına cəzalandıracaq.

“İctimai nəzarətçi yatıb”, Lüsyen Freyd, 1995

Kətana həkk olunmuş 5 ən bahalı çılpaq qadın — şəkil 4

Qiyməti 33 milyon dollar

Bu əsəri 8 il öncə rusiyalı iş adamı Roman Abramoviç alıb. Bu əsərdə öz qeyri-ideal bədənindən utanmayan məşğulluq mərkəzinin rəhbəri Syüzen Taylli yatır.

Nədən utanmalıdır ki? Onu XX-ci əsrin ikinci yarısının ən məşhur rəssamlarında biri – Lüsyen Freyd kətana həkk edib.

“Rozes çimərliyindəki çılpaq qadın”, Salvador Dali, 1942

Kətana həkk olunmuş 5 ən bahalı çılpaq qadın — şəkil 5

Qiyməti – 4 milyon

Bu əsər 1942-ci ildə ərsəyə gəlib. Əsərin qəhrəmanı epatajlo katalonlunun həyat yoldaşı Qaladır. Məhz onun iti ağlının hesabına rəssam böyük qonorarlar alırdı.

Bu əsərlə Dali öz həyat yoldaşına sevgisini və sadiqliyini ifadə etmişdi.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan