Spirtli içki aludəçiliyindən əziyyət çəkmiş 5 məşhur insan

Fotosessiya2 dəq oxu
Spirtli içki aludəçiliyindən əziyyət çəkmiş 5 məşhur insan

İçkili ulduzlar tez-tez KİV-lərdə qalmaqallı paylaşımların iştirakçısı kimi çıxış edir. Bu hadisələrdən bəziləri məşhurların şöhrətinə ciddi təsir edir. Bundan başqa, ulduzların bu pis vərdişi hər bir jurnalistdə maraq oyadan bir mövzudur. 

Sizə alkoqolizmdən əziyyət çəkmiş beş ulduzun siyahısını təqdim edirik:

Mel Gibson

Spirtli içki aludəçiliyindən əziyyət çəkmiş 5 məşhur insan — şəkil 1

Hollivud akyoru Mel Gibson etiraf edir ki, vaxtı ilə bu vərdişdən əziyyət çəkib. Bundan əlavə, o əmindir ki, vaxtı ilə bunu bitirməsə idi, indi sağ deyildi. Jurnalistlərə müsahibəsində M.Gibson uzun illər anonim alkoqoliklər klubuna getdiyini bildirib. Onun sözlərinə görə, orada eyni problemdən əziyyət çəkən insanlar onu dəstəkləyərək, həyatındakı müsbət dəyişikliklərə ruhlandırmışdılar. 

Lindsey Lohan

Spirtli içki aludəçiliyindən əziyyət çəkmiş 5 məşhur insan — şəkil 2

Gənc yaşlarından spirtli içkilərə qurşanan Lindsey, karyeraları əyyaşlıq tərəfindən məhv olan məşhurlar siyahısındadır. İçki düşgünü olan zaman o, nadir hallarda filmlərə çəkilirdi. Sosial şəbəkələrdə mütəmadi olaraq Lohanla bağlı qalmaqallı məlumatlar dərc edilirdi. Onun yaxınları hətta qadını məcburi olaraq müalicə almağa göndərmişdilər.

2010-cü ildə Lindsey reabilitasiya klinikasından çıxaraq, bu vərdişdən tamamilə qurtulduğunu bəyan etmişdi. Lakin bundan sonra ona ciddi rol verilməyib. 

Conni Depp

Spirtli içki aludəçiliyindən əziyyət çəkmiş 5 məşhur insan — şəkil 3

Conni Depp də içki düşgünü olan ulduzlar siyahısında yer alır. Məşhur aktyor öz müsahibələrində bunu tez-tez etiraf edib. C.Deppin sözlərinə əsasən, hələ gənc yaşlarında, 21 Jump Street serialında çəkiləndən sonar, o geniş populyarlıq qazanmışdı. Pərəstişkarlarının diqqəti onu o qədər qorxutmuşdu ki, o hər axşam spirtli içki qəbul etməyə başlayır. 

Sergey Şnurov

Spirtli içki aludəçiliyindən əziyyət çəkmiş 5 məşhur insan — şəkil 4

Rusiyanın “Leninqrad” musiqi qrupunun solisti Sergey Şnurov spirtli içkilərə qarşı olan sevgisini gizlətmir. O, bu haqda bir çox mahnı yazıb, əyyaş-ulduz və dələduz ampluasında isə uğurlu musiqi karyerası qurur. Vərdişinə baxmayaraq, S.Şnurov xalq tərəfindən sevilir. 

Adel

Spirtli içki aludəçiliyindən əziyyət çəkmiş 5 məşhur insan — şəkil 5

Məşhur britaniyalı ifaçı spirtli içkinin köməyi ilə artıq çəki və şəxsi həyatı ilə bağlı problemləri yaddan çıxarmağa çalışırdı. Səhnədə necə göründüyü barədə narahat olan Adel hər konsertdən öncə spirtli içki qəbul edirdi. Lakin bir dəfə o həddindən çox içdiyi üçün dəm olur və mahnının sözlərini yadından çıxardır. Bu hadisədən sonra müğənni pis aludəsindən imtina edir. 

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan