56 yaşlı Monika fotolarda qızı ilə eyni don, imic və makiyajdadır. O, qızını daha irəli çəkərək, özü sanki kadrdan kənarda qalıb. Fotoda əlini qızının belinə qoyaraq, bununla bir ana kimi onu həyatında qoruduğunu və dəstəyini göstərib.
Moda industriyası bu jestlə Monikanın yerini qızına verdiyini göstərdiyini bildirir.
Beluççi bildirib ki, birgə fotosessiya Devanın istəyi idi.
“Mən qızımdan soruşanda ki,niyə mənimlə çəkilmək istəyir? Onun cavabı maraqlı oldu. Axırıncı dəfə fotosessiyamızda mən sənin qarnında idim. İndi mən istəyirəm ki, bu hadisə bir daha təkrarlansın”.
16 yaşlı Deva Monikanın fransız aktyoru Vensal Kassellə nikahından ilk övladıdır. Deva artıq model biznesində tanınır.