11 dekabr. 1894-cü ilin 11 dekabrında dünyada ilk dəfə Parisdə avtomobil sərgisi keçirilib. Bu sərgiyə eyni anda 4 maşın şirkəti qatılıb. Avtomobil sevənlər üçün ilk həyəcan, sərgiyə qatılanlar üçün ilk beə atmosfer. Zaman keçdikcə bu hadisə normallaşdı. Sərgiyə qatılan şirkətlərin, iştirakçıların sayı artdı. Bu cür sərgilərin birində bir nəfər avtomobilləri xanımların təqdim etməsini təklif edib. Bu təklif uğurla həyata keçirilib. O gündən bəri dünyanın dörd bir yanında keçirilən avtomobil sərgilərində iştirakçılar qadınların da gözəlliyinə şahidlik edir.
Bir xanım və avtomobilin birlikdə necə möhtəşəm uyğunluq təşkil etdiyini göstərmək üçün sərgilərdə çəkilmiş ən cəlbedici fotoları təqdim edirik: