Sizinlə dəri gödəkçələri qorumaq üçün diqqət etməli olduğumuz məqamlar haqqında danışacağıq. Bu geyim xüsusi qulluq tələb edir. Hətta onu geyinmədiyimiz müddətdə də bu belədir. Bunun da əsas səbəbi dərinin yun və pambığa nisbətdə daha çox xarici təsirə məruz qalmasıdır.
Dəri gödəkçələri necə saxlamaq lazımdır?
Dəri gödəkçələr mütləq şkafda bir asılqandan asılmalıdır. Digər materiallardan hazırlanmış geyimləri qatlayaraq harasa qoya bilsək də, bunu dəri gödəkçə etmək məsləhət deyil. Əks halda onun üzərindəki qırışlar gözə çarpacaq. Gödəkçənin çiyinləyi geniş saxlanılmalı, cibində heç nə qalmamalıdır. Geyimin üzərində kəmər varsa, onu çıxarıb yanından asmalı və ya top şəklində bükməlisiniz.
Bundan sonra gödəkçə yaxşı hava keçirəcək, təbii parçadan hazırlanmış örtüyə qoyulmalıdır. Plastikdən çəkinin, çünki bu materialdan ibarət örtük geyiminizin küflənməsinə səbəb ola bilər. Gödəkçənizə güvədən qoruyucu maddə qoymağı da unutmayın.
Gödəkçəni necə kirdən təmizləmək olar?
Gödəkçənizdəki kirləri spirt, aseton və ya benzinlə təmizləməyə çalışmayın. Bu maddələr həssas materiallara zərər verə bilər. Bundan əlavə dəri geyimlərinizi paltaryuyan maşınlara yerləşdirməyin. Əks təqdirdə həm geyimdən, həm də elektronika avadanlığından məhrum olacaqsınız. Quru kir və duz çöküntülərini təbii materiallar üçün sabun vasitəsilə təmizləmək mümkündür.
Dəri gödəkçələri qurutmaq üsulları
Dəri gödəkçələrinizi qurutmaq üçün bir neçə qayda var. Bunlardan birincisi əşyanı qızdırıcıya qoymamağınızdır. İkincisi cibinizdəki hər şeyi çıxarmağınızdır. Səbəb isə geyimin deformasiyaya uğraya biləcəyi təhlükəsidir. Üçüncü qayda düymə və zəncirləri bağlamağın mütləq olması qaydasıdır. Bu gödəkçənin qırışmaması üçün vacibdir. Son qayda isə dəri gödəkçənin geniş asılqandan asılaraq, otaq tempraturunda qorunmasıdır.
Vaxt keçdikcə dəri modellərdə qırışlar, çatlar yarana bilər. Bunun səbəbi dərinin qocalması və qurumasıdır. Buna görə də dəri materiallar mütəmadi olaraq nəmləndiricilər vasitəsilə qorunmalıdır. Spreylər, kremlər, köpüklər şəklində ola biləcək məhsullar nəmin buxarlanmasına mane olaraq, dərini qoruyacaqlar.
Dəri gödəkçələr əvvəlki parlaqlığına qaytarılması üçün vaxtaşırı cilalanmalıdır. Bunun üçün ən yaxşısı kremlərdir. Həmin kremlər xüsusi borularla birlikdə satılır. Aerozol məhsullar seçməyə çalışın. Materialın qorunmasında ən təsirli olanlar bu məhsullardır.