Balıqçı sandalları adilərindən, şəpşüplər vyetnamkalardan, müli isə kloqdan nəyi ilə fərqlənir.
Topsayderi necə geymək lazımdır? İsti havada hansı ayaqqabı daha rahatdır?
Bu məqalədə bu məsələlərə toxunacağıq.
Vyetnamka
Qədim Misirdə yaranmasına baxmayaraq, nazik alt hissəsinə, baş və işarə barmağının arasında birləşən iki iplikdən ibarət bu ayaqqabı növü Cənub-Şərqi Asiyada məşhur olduğu üçün adını vyetnamka qoyublar.
Hal-hazırda onları adətən çimərliyə gedərkən geyirlər. Şəhərdə belə ayaqqabı geymək məsləhət görülmür.
Müli
Dabanı açıq, lakin burnu bağlı olan ayaqqabıdır. Onlar da şərqdə yaranıb. Çünki orada isti havada rahat geyilib çıxarılan ayaqqabı zəruri idi. Müli ev nəleyininə bənzəyir, lakin onu çöldə də geymək olar.
Kedlər
Əvvələr kedlər idman formasının bir hissəsi olub. Hal-hazırda isə idman ayaqqabılarına üstünlük verən insanlar üçün ən ideal seçimdir. Əsas odur ki, yayda havalandırma üçün dəlikləri olan versiyaları seçəsiniz.
Kloq
Tarixi olaraq kloq hamar dəri üstə malik taxta dabanlı sabodur, lakin günüçüzdə onlar rezindən və ya polimerlərdən hazırlanır. Eleqant olmasa da, yay üçün çox rahat ayaqqabıdır.
Sandallar
Açıq üst hissəinə malik və ayaqda bağlanan ipliklərə malik sandallar demək olar ki, yay üçün ən uyğun ayaqqabı növüdür. İdman versiyasının altı hissəsi rahat, şhər versiyası isə olduqca eleqant görünür.
Balıqçı sandalları
Adi sandallardan onu toxunma bağlı burun hissəsi fərqləndirir. Bu cür ayaqqabını isti ölkələrdə balıqçılar geyirdi. Toxunma konstruksiya ayaqdan düşmürdü. Çox rahat olsalar da, vizual olaraq köhnə dəbə aid olduqları görünür. Qeyd etmək lazımdır ki, siz onları corbla da geyə bilərsiniz.
Sliponlar
Sliponlar kedlərə bənzəyir – onların da yastı rezin alt hissəsi, kanvasdan və ya dəridən hazırlanan bağsız üst hissəsi var: Böyürlərindəki elastik əlavələr sayəsində ayaqqabını rahat geymək olur. Onlar çox rahatdır, sürüşmür.
Sliperlər
Sliperlərində bağları olmur. Onlar ev ayaqqabısı kimi hazırlansa da, günümüzdə çox populyardır. Çünki sliperləri nazik və yumşaq dəridən hazırlayırlar. Ayaqları çox rahat saxlayır.
Topsayderlər
Yaxtsmenlərin ayaqqabısı sayılan topsayderlər xüsusən yay, dəniz və rahat istirahət üçün nəzərdə tutulub. Bu ayaqqabını adətən corabsız geyirlər.
Səpşüplər
Sandalların ayaqda bağlanan ipliklərini aradan qaldırsan bur artıq şəp-şüp olur. Onlar da sandallar kimi dəridən və ya rezin, plastikdən hazırlanır.
Espadrilyalar
Başqa yay ayaqqabılarından espadrilyaları toxuma alt hissə fərləndirir. Tarixi olaraq bu ayaqqabını katalonlu kəndlilər geyinərdi. Günümüzdə avropalılar bu ayaqqabını məmnuniyyətlə geyir.