Bu mövsüm kişilərin hər yerə geymək istəyəcəyi 10 ən yaxşı düyməli köynək

Geyim2 dəq oxu
Bu mövsüm kişilərin hər yerə geymək istəyəcəyi 10 ən yaxşı düyməli köynək

Gəlin razılaşaq ki, hər bir kişinin tərzini yaxşılaşdıracaq və fiqurasını qabardacaq bir köynək növü varsa, bu düyməli köynəkdir.

Əlbəttə ki, kişilər düyməli köynəklərə üstünlük vermir, çünki yaxalıqlı köynəklər daha rahat, komfortlu sayılır, lakin dəbli geyim bu paltarsız mümkün deyil.

Sizə üzümüzə gələn mövsümün 10 ən yaxşı düyməli köynəyini təqdim edirik:

1.Bonobos Tech düyməli köynəyi

Bu əla köynəyin əsas xüsusiyyətləri – 24 rəng çeşidinin olmasıdır. Köynək nəmi özünə çəkir və qırıçmır. Bu köynəklə siz hər yerdə eleqan görünəcəksiniz.

2.Taylor Stitch The Jack köynəyi

Yüngül, dözümlü, ekoloji, tozumtul mavi Taylor Stitch köynəyi bu mövsüm sizing ən mükəmməl seçiminiz ola bilər.

3. Brooks Brothers Stretch Madison klassik köynəyi

Siz “Brook Brothers”in yüksək keyfiyyətli düyməli köynəkləri barədə eşitməmiş olmazsınız. Bəs yaxşı, onların ütülənməyi zəruri olmayan hər zaman mükəmməl görünən köynəkləri haqda xəbəriniz varmı? Bu köynəklə siz hər səhər özünüzə əlavə vaxt qazanacaq, işin sonunadək görkəmli görünəcəksiniz.

4.Todd Snyder şambre iş köynəyi

Hər bir kişi şambre almalıdır. Bu köynək həm iş şalvarı ilə, həm də futbolka üzərindən cinslə geyindikdə möhtəşəm görünür. O. yüngül, nəfəs alan və bütün mövsümlərə uyğundur.

5.Polo Ralph Lauren pambıqdan hazırlanmış “prital” oksford köynəyi Slim-Fit Cotton Oxford Shirt

Bu dünyaca məşhur poni loqotipli klassik köynək hər kişi üçün əla seçimdir.

6. Bonobos The Cord köynəyi

Bu teksturalı məxmər köynəklə öz sərt üslübunuzu yeni səviyyəyə qaldırın. Bu köynəyi futbolkanın və ya sviterin üzərindən geymək olar.

7. Everlane Ağırçəkili futbolka

Kurtka-köynək kimi bilinən jaketlər mövsümdən mövsümə keçən zamanlar üçün uyöundur. Sıx pambıq tvildən hazırlanan bu düyməli köynək sizi soyuqda donmağa qoymadığı qədər, isti otaqda tərləməyə imkan verməyəcək.

8.Reiss Fontaine “dənizçi” tərzində zolaqlı köynək

Vertikal zolaqlar daha uzun və yaraşıqlı bədən təəsüratı yaradır və hər bir kişi üçün məqbuldur. Bu köynək istənilən klassik və ya cins şalvarla geyilir.

9.Paige Everett köynəyi

Dama-dama köynək yaxşıdırsa, qarışıq dama-dama köynək möhtəşəmdir. Bu dəbli klassik variant hər bir kişini vurğulasa da, aşırı diqqət cəlb etmir.

10.UNTUCKit Terzolo yarışəffaf yaxalıqlı düyməli köynək

Bu ideal köynək ideal uzunluğa malik olmaqla birgə, nəmi çəkir və qırışmır. Bir sözlə düyməli köynəkdə ola biləcək hər şey bu brenddə var.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan