2003-cü ildə baş verən hadisə barədə "International Journal of Gynecology and Obstetrics" jurnalında yazılıb.
Gent.az xəbər verir ki, Peres elektrik, su təchizatı və kanalizasiya sistemi olmayan dağlıq ərazidə yaşayıb. 2 il öncə ağır doğuş səbəbindən övladını itirdikdən sonra o, ağrıya dözə bilmədiyi üçün özü özünə keysəriyyə əməliyyatı etmək qərarına gəlib.
Peres daha öncə heyvanların kəsimi ilə məşğul olub, bu işi görmək üçün isə mətbəx bıçağı və güclü alkoqollu içkilərdən istifadə edib.
O, qarın boşluğunu 3 dəfə kəsib və dəri, piy qatı, əzələləri yararaq uşağı bətnindən salamat çıxarıb. Dünyaya gələn oğlan uşağı dərhal nəfəs almağa və ağlamağa başlayıb.
Peres huşunu itirməzdən öncə tibbi yardım çağırıb. Hadisə yerinə gələn həkimlər qadının çıxan bağırsaqlarını bədəninə salaraq dərisini tikiblər.
Həkimlər İnesi evinə ən yaxın olan xəstəxanaya çatdırmaq üçün 8 saat yol gediblər. Burada orqanların zədələnmədiyini görən tibb personalı antibiotiklərlə müalicə təyin edib. Əməliyyatdan 10 gün sonra isə Peres sağalaraq evə buraxılıb.
İnesin bu hekayəsi eşidənləri şoka salır və heyrətləndirir. Lakin dünyanın müxtəlif nöqtələrində ən ağır şəraitdə doğuş etmək məcburiyyətində qalan qadınlar var.
Bunu da vurğulamaq lazımdır ki, həkim nəzarəti olmadan, özbaşına əməliyyat etmək çox təhlükəlidir. Bu hallarda ölüm riski qat-qat yüksəkdir.(big.az)