Bakıda İncəsənət Gimnaziyasının yaxınlığında yeraltı keçiddə eskalator qırılıb, nəticədə bir neçə şəxs xəsarət alıb.
Gent.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
TƏBİB-in məlumatına görə, hadisə bu gün saat 18:00 radələrində baş verib. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M. Müşfiq küçəsi, İncəsənət Gimnaziyası yaxınlığından təcili çağırış daxil olub.
Məlumatda qeyd olunub:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (qadın) Kliniki Tibbi Mərkəzə təxliyə olunub."
Hadisənin dəqiq səbəbləri və xəsarət alanların vəziyyəti barədə əlavə məlumat verilmir.


