Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.
Gent.az xəbər verir ki, Mərkəzin məlumatına görə, hazırda müşahidə olunan dumanlı hava səbəbindən Zığ dairəsi–Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saatadək azaldılıb. Bu məqsədlə məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edilib və “dumanlı yol” xəbərdarlıq işarəsi yerləşdirilib.
Sürücülərdən yeni sürət limitlərinə ciddi şəkildə əməl etmələri xahiş olunur.


