Hindistanda kişi arvadını xəyanətdə ittiham etdiyi üçün ona hücum edib.
Gent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə Mumbay şəhərində baş verib. 2019-cu ildə ailə quran 27 yaşlı qadın təsadüfən ərinin xəyanətini, həm də onun işini itirdiyini və narkotik aludəçisi olduğunu aşkar edib. Qadın anası ilə köçüb və 34 yaşlı ərindən boşanmaq istədiyini bildirib.
Üç ay sonra kişi gecə qayınanasının evinə soxulub və arvadına sulfat turşusu (kislota) atıb. Zərərçəkmiş üzündən yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Cinayətkar hadisə yerindən qaçıb, hazırda polis onu axtarır. O, soyğunçuluq, cinayət törətmək, oğurluq və evə basqın etməkdə ittiham olunur