12 saat əvvəl aldığı maşın alışıb yandı.
Gent.az xəbər verir ki, hadisə Türkiyədə baş verib. Bir gəncin yeni aldığı maşın 12 sonra hərəkət zamanı qəfil alışaraq yanıb.
Gəncin sözlərinə görə, yanğın zamanı qapılar kilidlənib və özünü güclə bayıra ataraq, canını qurtara bilib. 4 ildir bu maşını almaq üçün pul yığan oğlan yanan avtomobilinə baxaraq, ağlayıb.
Zərərçəkən hadisə ilə bağlı təəssüratlarını bölüşərkən, “Qəpik-quruş üçün insanları belə aldatmayın” deyib.