Şimali İrlandiya sakini Etain Fitzpatrik, xərçəng xəstəliyi nəticəsində dilinin yarısını itirib.
Gent.az -ın xarici mediaya istinadən xəbərinə görə, ağız xorasından əziyyət çəkən Etainə dil xərçəngi diaqnozu qoyulub və həkimlər onun dilinin yarısını kəsib götürüblər.
“Diş həkiminə getdim və biopsiya üçün xəstəxanaya göndərdi. Beş həftə gözlədikdən sonra xora o qədər ağrılı oldu ki, çətinliklə yeyə bildim. Müayinə yaranın xərçəng olduğunu göstərdi.
10 saat davam edən əməliyyat olundum və dilimin bir hissəsi çıxarıldı. Daha sonra omba və qol toxumasından istifadə edilərək yenidən dilimi bərpa etdilər. Həkimlər xəbərdarlıq etdilər ki, əməliyyatdan sonra danışma və boynumu hərəkət etdirməkdə çətinlik çəkə bilərəm”, - o qeyd edib.
Hazırda Etain xərçəng xəstəliyindən tamamilə sağalıb.