Rusiyanın Krasnoyarsk şəhərində bir nəfər İstintaq Komitəsinin binasının pəncərəsindən yıxılaraq ölüb.
Gent.az yerli mediaya istinadla bildirir ki, hadisə Respublika küçəsində baş verib. Kişi 11-ci mərtəbədən yaxınlıqdakı iki mərtəbəli binanın damına yıxılıb.
Əvvəllər o, şəhər rəhbərinin birinci müavini Aleksey Davıdovun işi üzrə dindirilib. Dindirilmə zamanı kişi tualetə getmək istəyib, lakin bir daha geri qayıtmayıb. İstintaq Komitəsi araşdırma aparır.
Hadisənin intihar olduğu ehtimal edilir, araşdırma aparılır.