Türkiyə təyyarəsi Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayıb.
Gent.az xəbər verir ki, təyyarənin qəzaya uğradığını göstərən kadrlar nümayiş etdirsə də, detalları görmək çətin olub.
Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycandan Türkiyəyə uçan C130 karqo təyyarəsi Gürcüstanda qəzaya uğrayıb.
Gürcüstan hakimiyyəti ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinə başlanılıb.


