Mərhum jurnalist Natiq Qocamanın atası, fizika-riyaziyyat elmləri üzrə professor Vəli Qocayev dünyasını dəyişib.
Gent.az xəbər verir ki, dünən vəfat edən professor bu gün dəfn edilib.
Qeyd edək ki, Vəli Qocayev 50 il Azərbaycan Memarlıq və İnşaat Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Azərbaycan ali texniki məktəblərində fizika kursunun məzmunu, tədris metodikası və onun təkmilləşdirilməsi istiqamətləri üzrə bir sıra kitabların müəllifidir.