Deputatdan Gəncə-İstanbul reysi ilə bağlı vacib təklif

Hüquq1 dəq oxu
Deputatdan Gəncə-İstanbul reysi ilə bağlı vacib təklif

Milli Məclisin deputatı Naqif Həmzəyev bir sıra məsələlər barədə danışıb.

Gent.az xəbər verir ki, Gəncə şəhərindən seçilən millət vəkili Bakı-Moskva reysinin açılmasına münasibət bildirib:

“Yaxşı olardı ki, Gəncə-Moskva, Gəncə-İstanbul reysi də açılsın. Gəncə əhalisi ticarətlə məşğul olur. Bu çox vacibdir".

Deputat həmçinin Gəncədəki su-kanalizasiya probleminə də toxunub:

"Digər tərəfdən Gəncədə su, kanalizasiya tikintisi öz həllini tapmır. Əksinə, bununla bağlı işlər Gəncədəki yollara böyük ziyan vurub. “Azərsu” bu problemlə əlaqədar Gəncə əhalisinə hesabat versə, yaxşı olar”.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan