Azərbaycanda çörəyin qiyməti artdı. Bir neçə gün əvvəl 49 qəpiyə satılan zavod çörəyi artıq 53 qəpiyə satılıb. Onu da əlavə edək ki, son həftələr artım təkcə çörəkdə deyil, un məmulatlarında, şəkər tozunda, qənddə və digər məhsullarda da hiss olunacaq qədərdir. Artımın təfərrüatı araşdırılır. (News24.az)