Azərbaycanda növbəti tədris ilində yeddi ixtisas yaradılacaq.
Bunu təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib. Onun sözlərinə görə, SABAH qruplarının magistratura səviyyəsində yeni olan kiber təhlükəsizliyi, kompüter elmləri, şəhərsalma və planlaşdırılma, eləcə də digər ixtisaslar yaradılacaq.
Nazir, həmçinin qeyd edib ki, Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı işlər görülür: “Hazırda peşə təhsilinin nüfuzunun qaldırılması istiqamətində işlər aparılır. Biz sentyabr ayında qısa müddətli kursların hazırlanması, yüksək peşə ixtisası deyilən modellər üzərində yeni peşə ixtisasını təhvil vermək istəyirik. Bu təxminən 600-ə yaxın şagirdi əhatə edəcək”.