FİFA-nın sabiq prezidenti Yozef Blatter cəzalandırılıb.
Mia.az xəbər verir ki, sabiq prezident haqqında vəzifəsindən sui-istifadə etdiyi üçün 6 il 8 ay müddətinə futboldan uzaqlaşdırılma qərarı verilib. Üstəlik, o, vurulan zərərə görə bir milyon avro ödəyəcək.
O, FİFA rəhbəri olan zaman maliyyə vəsaitlərini talan etməkdə günahlandırılıb.
Qeyd edək ki, Blatter 2015-ci ilin mayın 29-da keçirilən seçkilərdə növbəti dəfə FİFA prezidenti seçilsə də, 4 gün sonra hər kəs tərəfindən dəstəklənməməsini əsas gətirərək istefa verib. sonradan onun haqda araşdırma aparılıb, ciddi ittihamlarla üzləşib.