“Sumqayıt” klubu 100-cü qələbəsini qazanıb

“Sumqayıt” futbol klubu tarixinin 100-cü qələbəsini qazanıb.

İdman1 dəq oxu
“Sumqayıt” klubu 100-cü qələbəsini qazanıb

“Sumqayıt” futbol klubu tarixinin 100-cü qələbəsini qazanıb.

Bu yubiley Azərbaycan Premyer Liqasının XXI turuna təsadüf edib.

Klubun mətbuat xidmətindən bildirilib ki, səfərdə “Neftçi”ni 2:0 hesabı ilə məğlub edən komanda 347-ci matçında 100-cü dəfə qalib gəlib. Digər oyunlarda 89 heç-heçə edən sumqayıtlılar 158 dəfə uduzub.

Qeyd edək ki, 2010-cu ildə yaradılan klub indiyədək Premyer Liqada 77, Azərbaycan kubokunda 10, Birinci divizionda isə 13 dəfə qələbə qazanıb.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan