Finlandiyada hokkey hakiminə dəyən şayba onun 7 dişini qırdı

İdman1 dəq oxu
Finlandiyada hokkey hakiminə dəyən şayba onun 7 dişini qırdı

Finlandiyada “HPK” və “Yukurit” hokkey komandlarının görüşündə dəhşətli hadisə baş verib.

Oyun hakimi Yukka-Pekku Koystinenin üzünə şayba dəyib. Zərbə o qədər güclü olub ki, hakim əvəz edilib.

Daha sonra məlum olub ki, dəyən şayba onun 7 dişini: 4-nü tam, 3-nü isə qismən qırıb.

Həkimlər Koystinenin beyin silkələnməsi keçirdiyindən və çənəsinin də qırıldığından şübhə edirlər.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan