Avropa Liqasında yarımfinalçılar müəyyənləşdi

UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

İdman1 dəq oxu
Avropa Liqasında yarımfinalçılar müəyyənləşdi

UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Gent.az xəbər verir ki, bununla da növbəti raunda adlayan komandalar müəyyənləşib.

İngiltərənin "Mançester Yunayted" və "Arsenal", İspaniyanın "Vilyarreal" və İtaliyanın "Roma" klubları yarımfinala vəsiqə qazanıblar.

"Qırmızı şeytanlar" İspaniyada qalib gəldiyi "Qranada"nı evdə də eyni hesabla məğlub edib. "Topçular" isə Londonda 1:1 hesablı heç-heçəyə razılaşdığı Çexiyanın "Slaviya" (Praqa) komandasını səfərdə darmadağın edib - 4:0.

"Roma" İtaliyada Niderland "Ayaks"ı ilə bərabərə qalıb - 1:1. İlk oyunda 2:1 hesablı qələbə qazanan "canavarlar" adını növbəti mərhələyə yazdırıb.

"Vilyarreal" isə İspaniyada Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna heç bir şans verməyib. Səfər oyununda minimal hesablı qələbəyə sevinən La Liqa təmsilçisi evdə də rəqibini məğlub edib.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan