Lionel Messi 5 milyona villa aldı

"Barselona"nın argentinalı ulduzu Lionel Messi özünə yeni malikanə alıb.

İdman1 dəq oxu
Lionel Messi 5 milyona villa aldı

33 yaşlı hücumçu bu dəfəki ünvanı Mayamidən seçib.

Gent.az xəbər verir ki, ABŞ-ın ən dinamik şəhərlərindən olan Mayamidəki yeni evin qiyməti 5 milyon ingilis funtudur.

Üzü okeanın mənzərəsinə açılan villanın 4 yataq otağı, eyni sayda vanna otağı və 511 kvadrat metr ərazisində 1000 şüşəlik şərab anbarı da var.

Malikanənin həyətində hovuz da mövcuddur.

Lionel Messi 5 milyona villa aldı — şəkil 1

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan