Dünyanın 11 ən qeyri-adi futbolçusu

İdman6 dəq oxu
Dünyanın 11 ən qeyri-adi futbolçusu

Təqdim etdiyimiz “drim tim” siyahısında bir əlli çempion, missionerlik edən qapıçı və hətta SS unterşturmfürerinə rast gəlmək olar.

Karlos Roa

Argentina, DÇ-1998

Dünyanın 11 ən qeyri-adi futbolçusu — şəkil 1

Bu qeyri-adi yığmanın qapısına biz Karlos Roanı qoyduq.

Xatırlayırsızsa 1998-ci ildə, o, demək olar ki, tək başına kapitanı Devid Bekhem olan, İngiltərə yığmasını ¼ finala çıxmağa imkan vermədi.

BU oyundan sonra dünyanın ən böyük klublarından Roaya təkliflər gəlməyə başladı. Lakin Roa 2000-ci ildə dünyanın sonunun gələcəyini qeyd edərək bütün təkliflərdən imtina edir. 1999-cu ilin yayında onun nə qədər ciddi olduğu məlum olur.

Karlos karyerasını bitirərək genişmiqyaslı dağıntılara hazırlaşmağa başlayır.

O bütün dünyanı gəzərək missionerlik edir, hamını tövbə etməyə çağırırdı. Lakin qorduğu hadisə baş vermədikdə məyus olmuş Roa futbola qayıtmaq istəyir. Bir il ərzində komanda tapa bilməyən futbolçu İspaniyanın ikinci divizionunda bir müddət çıxış edir.

Berri van Arle

Niderland, DÇ-1990

Dünyanın 11 ən qeyri-adi futbolçusu — şəkil 2

Balaca Helmond şəhərində doğulan Berri adi kəndçi həyatı yaşayıb. Çempionlar kubokunun və Avropa çempionatının qalibi ilə “Real” maraqlanırdı. Lakin sakit Berri Niderlandda yaşamağı seçir və futbol karyerası bitdikdən sonra poçtalyon olmağı qərara alır.

Xose Andrade

Uruqvay, DÇ-1930

Dünyanın 11 ən qeyri-adi futbolçusu — şəkil 3

Oxse Andradenon atası köləlikdən qaçmış 98 yaşlı qul olub. Andrade musiqini və rəqsi çox sevirdi, skripkada və barabanda möhtəşəm ifa edirdi.

Artıq məşhur futbolçu olduqdan sonra o Montevideonun küçələrində musiqi alətlərində ifa və yerli karnavallarda rəqs edərdi.

1924-cü ildə Prasi Olimpiadasına gələn Uruqvay yığması futbol meydançaları ilə birlikdə rəqs podiumlarında da böyük rəğbət qazana bilmişdi.

Paul Braytner

Almaniya, DÇ-1974, 1982

Dünyanın 11 ən qeyri-adi futbolçusu — şəkil 4

1970-ci illərdə danışan göyərçini, AFR-də kommunistdən daha asan tpmaq olardı. Lakin hətta konservativ və zəngin Bavariyada bir narazı insan var idi.

Onun üsyanı yalnız Maonun və digər “qırmızı” müəlliflərin əsərlərini oxumaq ilə bitmirdi. Gənc yaşlarında o orduda xidmətdən yayındığı üçün kazarmada tualetləri təmizləməyə məhkum edilmişdi.

Sokrates

Braziliya, DÇ-1982, 1986

Dünyanın 11 ən qeyri-adi futbolçusu — şəkil 5

Hesab edilir ki, adətən futbolçuların intelektual göstəriciləri o qədər də yüksək olmur. Bunu istisna edən misallar da çox azdır.

Lakin Sokratesin adı, hətta ən ziyalı futboçular arasında xüsusi yerə malikdir. Tibb elmləri doktoru dərəcəsini o, futbolçu olarkən alıb. Karyerasını bitirdikdən sonra bir müddət həkimlik praktikasına başlayır. Sonra isə Sokrates fəlsəfə üzrə doktor dərəcəsini qazanıe. Təəsüf ki, 2011-ci ildə 57 yaşında Sokrates vəfat edir.

Aleksandr Villaplan

Fransa, DÇ-1930

Dünyanın 11 ən qeyri-adi futbolçusu — şəkil 6

Hələ 1930-cü illərdə Villaplanın yaxşı insan olmadığı bəlli idi. Onun satılmış oyunlarda iştirak etdiyi bilinir. Futbolçu buna görə çox böyük cərimə ödəməli olur.

Futbol ilə vidalaşan at yarışlarında maxinasiyalara davam edir.1940-ci ildə almanlar Parisə daxil olduqda Villaplan nəyi necə edəcəyini artıq bilirdi.

O, yəhudiləri, əlcəzairliləri və digər “untermenşləri” oğurlayaraq onları almanlara təhvil verir. Öz işini “yaxşı” gördüyünə görə ona hətta SS unterşturmfüreri rütbəsinə layiq görülür. Amma 1944-cü ilin dekabrında həbs edilir və Monruj fortunun həbsxanasında edam edilir.

Sergey Rebrov

Ukrayna, DÇ-2006

Dünyanın 11 ən qeyri-adi futbolçusu — şəkil 7

Ukrayna yığması Dünya çempionatına ilk vəsiqəsini qazandıqdan bir il öncə onun heyətində oynayan Sergey Rebrov dünya çempionu adına layiq görülür. O, radiohəvəskarlar arasında 2003 və 2005-ci il dünya çempionudur. Qeyd etmək lazımdır ki, 2005-ci ildə Rebrov 36 saat ərzində 5 000 min insanla radioəlaqə yaradır.

Aleksi Lalas
ABŞ, DÇ-1994

Dünyanın 11 ən qeyri-adi futbolçusu — şəkil 8

Ortasəviyyəli futbolçu sayılan Lalas karyerasını bitirdikdən sonra özünə məşhur “The Gypsies” musiqi qrupunu yaradır. Qrup iki albom buraxır və ABŞ-da iki iri rok-festivalında iştirak edir. Bir müddət sonra o qrupu dağıdaraq televiziyada işləməyə gedir.

Qlenn Hoddl
İngiltərə, DÇ-1982, 1986

Dünyanın 11 ən qeyri-adi futbolçusu — şəkil 9

Karyerasının əvvəlində Qlenn Eylin Drüri adlı ekstrasenslə tanış olur. Bundan sonra Eylin onun mənəvi qurusuna çevrilir.Hoddl klubdan kluba keçərkən, zədə alarkən həmişə onunla məsləhətləşirdi. Qeyd etmək lazımdır ki, Q.Hoddl məşqçi karyerasına başladıqda belə Eylin onu tərk etmir.

Onun məsləhəti ilə Hoddlun məşq etdirdiyi futbolçular hər səhər stadionu saat əqrəbi əksinə dövrə vuraraq müsbət enerji yığırdılar. Təəcüblü deyil ki, buna görə ildən ilə onunla müqavilə bağlamaq istəyən klubların sayı get-gedə azalırdı.

Ektor Kastro
Uruqvay, DÇ-1930

Dünyanın 11 ən qeyri-adi futbolçusu — şəkil 10

Bu dəhşətli hadisə futbol meydançasından uzaqda baş vermişdi. Elektrikmişarla işləyən 13 yaşlı Ektor təsadüfən sağ əlini kəsir. Lakin bu ambisiyalı yeniyetməni arzusundan döndərə bilmir. O futbol məşqlərinə davam edir və nəticədə ən yüksək səviyyədə çıxış etməyə başlayır. “El Manco” (Tək əlli) Uruqvay yığmasının ən yaxşı hücumçularından biri olaraq öz komanda yoldaşları ilə dünya çempionatının qalibi olur.

Mark Şvartser
Avstraliya, DÇ-2006, 2010

Dünyanın 11 ən qeyri-adi futbolçusu — şəkil 11

Uşaq kitablarını Madonna kimi məşhurlar yazırsa, bunu futbolçular niyə etməsin?

Görünən bu fikir Markın da ağlına gəlmişdi. Onun əsərlərinin baş qəhrəmanı – Meqs Morrison adlı oğlandır. O emiqrandır və futbolu sevir.

Qeyd etmək lazımdır ki, Şvartserin kitabları böyük rəğbət qazanıb. O, artıq Morrsionun macəraları haqqında beş kitab dərc edib.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan