Ronaldo "Ferrari"nin zavoduna getdi
“Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo komandanın növbəti məşqini buraxaraq “Ferrari”nin Maranello şəhərində yerləşən zavoduna gedib.

Bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Gent.az xəbər verir ki, 36 yaşlı forvard “Formula 1”də çıxış edən "Ferrari" komandasının pilotları Karlos Sayns və Şarl Lekler ilə görüşüb.
O, hər iki pilota öz soyadı və imzası olan futbol formasını hədiyyə edib.







