Koronavirus protokolunu pozan bu futbolçular cəzalandırılacaq

İdman1 dəq oxu
Koronavirus protokolunu pozan bu futbolçular cəzalandırılacaq

“İnter”in bəzi futbolçuları koronavirusla bağlı protokolu pozub.

Konkret olaraq 4 oyunçu qaydalara əməl etmədiyi üçün cəzalandırılacaq.

Bunlar Romelu Lukaku, Əşrəf Hakimi, İvan Perişiç və Eşlin Yanqdır. Adıçəkilən futbolçular Lukakunun doğum gününü qeyd etmək üçün dünən gecə Milandakı restoranların birində şənlik veriblər.

Polis şikayət zəngindən sonra təxminən saat 3-də restorana yollanıb, restoran meneceri də daxil olmaqla 24 nəfəri cərimələyib. Futbolçulara isə xüsusi cəzanın verilməsi gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl “Yuventus” futbolçuları bənzər hadisə ilə üzləşiblər.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan