“Qarabağ” FK Maksim Medvedev ilə yeni müqavilə imzalayıb.
Oxu.Az xəbər verir ki, kapitanla imzalanmış müqavilənin müddəti iki ildir.
Qeyd edək ki, millimizin də kapitanı olan Maksim Medvedev “Qarabağ” FK-nın heyətində yeddi dəfə Azərbaycan çempionu olub, üç dəfə ölkə kubokunu qazanıb.