"Formula 1": Bakı Qran-prisinin qalibi müəyyənləşdi

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşib.

İdman1 dəq oxu
"Formula 1": Bakı Qran-prisinin qalibi müəyyənləşdi

"Red Bull" pilotu Serxio Peres bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb.

Gent.az xəbər verir ki, meksikalı sürücü ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub.

Aston Martin"də çıxış edən Sebastyan Fettel ikinci, "Alpha Tauri" komandasından Pyer Qasli üçüncü yeri tutub. Mercedes"də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton sonda uğursuz olaraq 15-ci sıra ilə kifayətlənib.

Yarışın əvvəlində "Alpine"dən Esteban Okon mübarizədən kənarda qalıb. Fransalı sürücünün bolidinin mühərrikində problem aşkarlanıb. Ardınca isə "Aston Martin"dən Lans Strollun avtomobilinin arxa təkəri partlayıb. 49-cu dövrədə lider olan "Red Bull" pilotu Maks Ferstappen qoruyucu səddə çırpılıb və nəticədə onun idarə etdiyi bolidin təkəri partlayıb. Niderlandlının qəzasından sonra isə Qran-pridə uzun fasilə yaşanıb. Daha sonra mübarizə yenidən bərpa edilib. "Mercedes"də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton sonda uğursuz olaraq 16-cı olub.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan