Ulduz futbolçu üçün həyati təhlükə yoxdur - Rəsmi açıqlama

Danimarka Futbol Federasiyası və UEFA Danimarka millisinin futbolçusu Kristian Eriksenin son durumu barədə məlumat yayıb.

İdman1 dəq oxu
Ulduz futbolçu üçün həyati təhlükə yoxdur - Rəsmi açıqlama

Futbolçu üçün həyati təhlükə yoxdur.

Gent.az xəbər verir ki, Danimarka Futbol Federasiyasından bildirilib ki, 29 yaşlı hücumameyilli yarımmüdafiəçi xəstəxanaya çatdırılıb və onun şüuru yerindədir. UEFA da Eriksenin durumunun sabitləşdiyini açıqlayıb.

Qeyd edək ki, Kristian Avro-2020-nin qrup mərhələsinin 1-ci turunda Finlandiya ilə matçın 45-ci dəqiqəsində huşunu itirib. Bu səbəbdən görüş təxirə salınıb.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan