İdman etmək bir çoxumuzun ortaq zövq və xoşbəxtlik mənbəyidir. Ancaq tələsərkən nəzarəti itirmək ciddi problemlərə səbəb ola bilər. Bu gün zədə almağınıza və ya gözlədiyiniz inkişafı əldə edə bilməməyinizə gətirib çıxaran səhvlərdən danışacağıq:
Məşqdən əvvəl isinməmək ən geniş yayılmış səhvdir və çox ciddi problemlər yaradır. İşlədəcəyiniz əzələləri məşqə hazır hala gətirməmək oynaq və əzələ zədələrinə səbəb olur. Bu səbəbdən, xüsusilə işlədəcəyiniz hissələri ən azı 5 dəqiqə məşqə hazırlayın. Məsələn, ayaq məşqi edəcəksinizsə, əvvəlcə yüngül tempdə çöməlmə hərəkətləri edə bilərsiniz.
Məşq cədvəlini tez-tez dəyişdirmək də inkişafa mane olan və problem yarada biləcək yalnışdır. Bədəninizin adaptasiya ola bilməsi və inkişaf etməsi üçün etibar etdiyiniz təcrübəli bir məşqçi tərəfindən hazırlanmış 4-6 həftəlik proqramı tətbiq edin.
Çox ağır çəkilərlə işləməyin. Bəzən bu, güclənməyin tək yolu kimi görülsə də, doğru deyil. Xüsusən də, məşqə yeni başlayanda qaldıra biləcəyinizdən çox çəkilərə meyil etsəniz, bu sizə zədədən və yorğunluqdan başqa bir şey qazandırmayacaq. Əzələlərinizi tab gətirən biləcəyi gərginliklə yükləməli və bir növ instinktiv olaraq məşq etməlisiniz.
Eyni zamanda, özünüzü kifayət qədər məcbur etməmək də yalnışdır. Bu, sizin inkişafınızı əngəlləyir. İdman zalında həddən artıq olmamaq şərti ilə özünüzü məcbur etməlisiniz. Bir məşqdə 10 təkrar etdikdən sonra özünüzü yaxşı və enerjili hiss edirsinizsə, edəcəyiniz 2 təkrar sizin faydanıza olacaq.
Bir digər önəmli yalnış da nəfəs alış-verişini düzgün tənzimləyə bilməməkdir. Nəfəs alanda bədəninizə daxil olan oksigen siz fərqinə varmasanız da, kritik əhəmiyyətə sahibdir. O, əzələlərinizə qan yoluyla enerji və qida daşıyır. Bu da məşqin davamlı və sağlam olması üçün yeganə şərtdir. Nəfəsinizi dinləməsəniz və tempi düzgün müəyyənləşdirməsəniz, məşqiniz məhsuldar olmayacaq və sizə xoşbəxtlik verməyəcək. Nəfəs alış-verişinə nəzarət etməmək huşun itirilməsi riski də daşıyır.