Qadınlar arasında populyarlıq qazanmış şahmatçılar

İdman2 dəq oxu
Qadınlar arasında populyarlıq qazanmış şahmatçılar

Nədənsə şahmat qaınları cəlb edən idman növü sayılmır, şahmatçılar isə oyun taxtasından başqa heçnəyə fikirməyən “botanik” kimi qələmə verilir.

Lakin bu heç də belə deyil. Sizə təqdim edəcəyimiz şahmatçılar neçə qadının başını ağlından alıb və eyni zamanda bir neçə evlilik ediblər.

Xose Raul Kapablanka

Kuba doğumlu dünyanın ən güclü şahmatçılardan biri olan Kapablanka evlilikdən öncə ölkəsinin ən arzuolunan bəyi sayılırdı. Qərb tabloidləri onu usta sevgili kimi qələmə verirdilər. O həmişə çox səliqəli geyinir, özünü rahat aparırdı, çox tərbiyyəli davranırdı.

Mixail Tal

Latviyalı və sovet şahmatçısı, şahmat üzrə səkkizinci dünya çempionu Tal öz eşq macəraları ilə məşhur idi. O Rusiyanın seks-simvolu Larisa Sobolevskaya, pianoçu Bella Davidoviç, rəqqas Mira Koltso ilə roman yaşayıb.

O üç dəfə evli olub. Onun ikinci həyat yoldaşı gözəl riqalı aktyor Salli Landau olub. Bobbi Fişer onun həyat yoldaşı barədə deyirdi: Mən 150 kostüm, üç ev və Salli kimi həyat yoldaşı arzu edirəm”.

Qadınlar arasında populyarlıq qazanmış şahmatçılar — şəkil 1

Boris Spasski

Sovet və fransız şahmatçısı, şahmat üzrə onuncu dünya çempionu Boris Spasski gənc yaşlarında qadınların arzusu olub.

O da Tal kimi üç dəfə evli olub. Qeyd etmək lazımdır ki, üçüncü həyat yoldaşı Dmitri Şerbaçeva ilə evlənmək üçün o, Brejnevdən icazə almışdı.

Qadınlar arasında populyarlıq qazanmış şahmatçılar — şəkil 2

Veselin Topalov

Bolqariyalı şahmatçı, 2005-ci ildə şahmat üzrə dünya çempionu Veselin Topalovu tez-tez modellərin kompaniyasında görmək olardı. Buna baxmayaraq, o evlənməyə tələsmirdi. O yalnız 2010-cu ildə ailə həyatı qurmağı qərara alır.

Qadınlar arasında populyarlıq qazanmış şahmatçılar — şəkil 3

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan