Bir il öncə evdən çıxmaq demək olar ki hamımızın arzusu idi.
Kafedə dostlarımızla keçirdiyimiz vaxtları, toylarda etdiyimiz rəqsləri və ya stadionda səsimiz batanadək azarkeşlik etməyimizi yada salıb o günlərə qayıtmağı arzulayırdıq.
Hətta evdən çıxıb bir az gəzmək biz üçün bayram idi. Lakin evdə qalarkən bir şeyi də öyrəndik ki, lazım gələrsə elə burada da rahat işləmək və hətta əylənmək mümkündür.
Məhdudiyyətlər yumşalır, lakin biz hələ də tam şəkildə normal həyata qayıda bilməmişik. Adi müsbət emosiyalar bizim üçün böyük dəyər kəsb edir. Məsələn, stadiona gedə bilməyən insanlar evdəki divanı VİP-tribunaya çevirərək əsl şənlik təşkil edə bilərlər.
Bəs bunun üçün nə lazımdır?
Doğma mühit
Bu işdə ən əsas olan düzgün kompaniyadır. Başqa sözlə, yanınıza futbolda və ya digər yerlərdə yaxşı vaxt keçirə biləcəyiniz dost-tanışlarınızı yığın. Bundan sonra, zəruri içkilər və yeməklər və ən əsası böyük televizor!
Müasir futbol translyasiyası evdən çıxmadan bizə özümüzü stadiondakı kimi hiss etməyimizə şərait yaradır. Fərqli rakurslar, yavaşladılmış çəkiliş və sair.
Oyunçuların və məşqçilərin emosiyalarını əks etdirən iri planlar. Və ən əsası – idman şərhçiləri. Amma bəzən iki çox vacib görüş eyni zamanda gedir. Lakin müasir televizorlarda iki oyunu eyni zamanda izləmək mümkündür.
Televizorlar ağıllı olduqdan sonra onlar dünyaya çıxan pəncərəyə çevrildilər. Adi 3D sistemi vasitəsi ilə siz özünüzü nəinki stationda hətta futbolçuların arasında hiss edə bilərsiniz.
Sonda isə qeyd etmək lazımdır ki, ekran nə qədər böyük olsa ondan o qədər uzaq oturmaq lazımdır ki, hər şeyi dəqiqliklə görə biləsiniz. Azarkeşlik, sevinc və məmnunluq hissi oyun zamanı sizi buraxmayacaq.