Ronaldo ailəsi ilə tətildə
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Corcina Rodriges və uşaqları ilə birgə istirahətə yollanıb.

Lüks yaxtada dincələn 36 yaşlı hücumçu fotoları sosial media hesabında paylaşıb.
Gent.az xəbər verir ki, Avro-2020 ilə vidalaşan Portuqaliya yığmasının ulduzu sahibi olduğu Madeyra adasında dincəlir.








