İtaliyalı futbolçu ailə qurdu

İtaliya yığmasının və "Yuventus" klubunun futbolçusu Federiko Bernardeski subaylığın daşını atıb.

İdman1 dəq oxu
İtaliyalı futbolçu ailə qurdu

"Skuadra Adzura" ilə Avro-2020-də çempionluq yaşayan 27 yaşlı yarımmüdafiəçi bu gün evlilik həyatına qədəm qoyub.

Gent.az xəbər verir ki, bayramı bayrama qarışdıran Bernardeski televiziya aparıcısı Veronika Kiardi ilə ailə qurub.

Xatırladaq ki, İtaliya Avropa çempionatının finalında İngiltərə yığmasına penaltilər seriyasında 5:3 hesabı ilə qalib gələrək qitə çempionu olub.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan